Konfederasiyalar Kubokunun ən yaxşı qolunun müəllifi müəyyənləşdi - VİDEO

10:45 11 İyul 2017

Rusiyada təşkil olunmuş FİFA Konfederasiyalar Kubokunda vurulmuş ən gözəl qolun müəllifi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Meksika yığmasının yarımmüdafiəçisi Marko Fabianın Almaniya ilə yarımfinal oyununda vurduğu qol ən yaxşı seçilib. O, FİFA-nın rəsmi saytını ziyarət edənlər arasında aparılmış sorğuda fərqlənib. Fabianın vurduğu qol ən yaxşı seçilsə də, həmin oyunda komandası almanlara 1:4 hesabıyla uduzmuş və finala yüksələ bilməmişdi.

 

İkinci yeri Fabianın komanda yoldaşı Raul Ximenesin vurduğu qol tutub. O, həmin qolu qrup mərhələsi çərçivəsində Yeni Zelandiyanın qapısından keçirmişdi.

Üçüncü yerdə isə Portuqaliya yığmasının üzvü Rikardo Kuarejmanın vurduğu qol durur. O da qrup mərhələsində meksikalıların qapısından baxımlı top keçirmişdi.

 

 


Digər xəbərlər

Xəbər xətti