“Zirə”nin rəqibindən yeni transfer

14:30 12 İyul 2017

“Zirə”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Astra” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Curcu təmsilçisi Mateo Polyakı heyətinə cəlb edib. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb. Futbolçunun adının “Zirə”ylə oyunlar üçün iştirak ərizəsinə daxil edilib-edilməyəcəyi hələ ki, bəlli deyil.

 

Xorvatiyalı dayaq yarımmüdafiəçisi karyerası ərzində ölkəsinin “Lokomotiva”, “Dinamo” (Zaqreb) klublarıyla yanaşı, Avstraliyanın “Sidney Uonderers” və “Nyukasl Jets” komandalarında da top qovub. O, vaxtilə ölkəsinin U-19 millisində də çıxış edib.


Xəbər xətti