"Barselona" braziliyalı futbolçu transfer etdi

18:16 12 İyul 2017

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi  "Palmeyras"ında çıxış edən yarımmüdafiəçi Vitinyonu icarəyə götürüb. Bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

 

İcarə müqaviləsinin müddəti 2018-ci ilin 30 iyununda başa çatacaq. Həmin vaxt kataloniyalılar 12 milyon avro ödəməklə 19 yaşlı braziliyalı futbolçunun transfer hüququna da yiyələnə bilər.


Digər xəbərlər

Xəbər xətti