Futbol tariximizdə hələ belə şey olmamışdı

13:26 13 İyul 2017

Azərbaycan klublarının avrokuboklardakı qələbə seriyası 6-ya çatıb.

 

 

Sportarena.az xəbər verir ki, bunadək ardıcıl 5 dəfə qalib gələn təmsilçilərimiz uğurlarını “Dalğa Arena”da davam etdirib. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburq “Fola”sını qəbul edən “İnter” qonaqların müqavimətini matçın sonlarında qırıb – 1:0.

 

Bu, klublarımız üçün mövsümün 6-cı qələbəsi olub. Belə ki, cari mövsümün startından keçirilən bütün qarşılaşmalarda Azərbaycan klubları qələbə qazanıb. Bunadək “İnter” “Mladost”u (3:0, 2:0) və “Zirə” “Differdanj”ı (2:0, 2:1) hərəyə 2, “Qarabağ” “Samtredia”nı (5:0) 1 dəfə yenib.

 

1994-cü ildən qatıldığımız avrokuboklar tarixində bunadək belə seriya qeydə alınmayıb. Təmsilçilərimiz tarixində ilk dəfə bu qədər qələbəni sıralayıb. (Apasport)


Xəbər xətti