"Real" yarımmüdafiəçi transfer etdi

16:17 14 İyul 2017

“Betis”in və İspaniya U-21 millisinin üzvü Dani Sebalyos karyerasını “Real”da davam etdirəcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun rəsmi saytı yayıb. 20 yaşlı yarımmüdafiəçiylə 6 illik müqavilə bağlanıb.

 

Peşəkar karyerası ərzində yalnız “Betis”də oynamış gənc futbolçu, İspaniya La Liqasının son mövsümündə şans qazandığı 30 oyunda 2 qola imza atıb.


Xəbər xətti