AFFA "Media Futbol Festivalı" keçirdi, Media Komitəsi qalibləri mükafatlandırdı

22:38 15 İyul 2017

22 iyul – Milli Mətbuat günü ilə əlaqədar bu gün AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunub.
 
 
Sportarena.az xəbər verir ki, əvvəlcə "Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçirilib. 
 
 
4 komandanın mübarizə apardığı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olub. Turnirə yekun vurulduqdan sonra tədbir iştirakçıları stol arxasında bir araya gəliblər. AFFA-nın baş katibi Elxan Məmmədov Milli Mətbuat günü ilə əlaqədar bütün idman jurnalistlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Daha sonra AFFA yanında Media Komitəsinin müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlər mükafatlandırılıblar.
 
Nominantlar bunlardır:
İlin fotoqrafı - Hicran Babayev
İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter")
İlin teleşərhçisi - Ramiz Mirzəzadə ("İdman Azərbaycan")
İlin reportyoru - Elnur Həmidov (komanda.az)
İlin ən yaöshi layihə icraçısı - Sportline.az (Tural Xudiyev)
İlin ahil jurnalisti - Məzahir Süleymanzadə 
 
Nominantlar çıxışlarında idman mediasının inkişafına verdikləri dəstək qarşılığında AFFA-ya və Media Komitəsinə minnətdarlıqlarını bildiriblər. 


Xəbər xətti