"Şaxtyor"un 8-ci zəfəri - VİDEO

13:06 16 İyul 2017

Futbol üzrə Ukrayna Superkubokunun yeni qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu Donetsk "Şaxtyor"u ilə kubokun qalibi olmuş Kiyev "Dinamo"su qarşılaşıb. Fakundo Ferreyranın 8 və 56-cı dəqiqələrdə vurduğu qollar "Şaxtyor"u bu turnirin qalibi edib.

 

Qeyd edək ki, bu, Donetsk klubunun 8-ci belə uğurudu. 6 dəfə Superkubokun qalibi olmuş "Dinamo" bu göstəricidə əzəli rəqibinə çatmaq şansına malik olsa da, bundan yararlana bilməyib. 

 

 


Xəbər xətti