Ərəblər FİFA-ya üsyan etdi - DÇ-2022 Qətərdə keçirilməsin

15:36 16 İyul 2017

Bir neçə ərəb ölkəsi FİFA-ya məktub yazıb.

 

Sportarena.az xəbər verir ki, məktubda 2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Qətərdən alınması tələb edilir. Bu barədə məlumatı FİFA prezidenti Canni İnfantino verib:

 

“Bu ölkələr məktub yazaraq terrorizmi dəstəkləyən ölkədə futbolçuları və azarkeşləri gözləyən risk barədə xəbərdarlıq ediblər. Onlar DÇ-nin Qətərdə keçirilməməsini tələb edirlər”.

 

Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən və Liviya Qətərin terrorizmi dəstəklədiyini iddia edərək, bu ölkə ilə diplomatik əlaqələri kəsib. Daha sonra onlara bir neçə ölkə də qoşulub.

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti