"Qəbələ"nin cavab oyunu rumınlara əmanət

11:58 17 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Yagelloniya” - “Qəbələ” görüşünün hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA matçı rumıniyalı hakimlərə həvalə edib. Matçın baş hakimi Sebastian Koltesku olacaq. Onun köməkçi hakimləri Radu Ginquleaç və Vladimir Urzika, dördüncü hakim isə George Katalin Qaman təyin edilib.

 

Qarşılaşma iyulun 20-də, Bakı vaxtıyla saat 22:30-da Belostokda keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk oyun 1:1 hesablı heç-heçəylə nəticələnib.


Xəbər xətti