"İnter"in matçında gənc hakim

12:37 17 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Fola” - “İnter” matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA görüşü litvalı hakimlər briqadasına həvalə edib. Görüşün baş hakimi cəmi 29 yaşı olan Donatas Rumsas olacaq. Ona Aleksandr Radius və Vladimir Gerasimov kömək edəcəklər. Dördüncü hakim isə Robertas Smitas olacaq.

 

Görüş iyulun 20-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Bu komandalar arasında “Dalğa Arena”da keçirilən ilk oyun “İnter”in minimal hesablı qələbəsiylə nəticələnib.


Xəbər xətti