"Qalatasaray" yeni məşqçi axtarışında - Namizədlər bəllidi

12:54 17 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda gözlənilmədən İsveçin “Ostersun” klubuna məğlub olan (0:2) “Qalatasaray”ın baş məşqçisi İqor Tudorun "kreslo"su laxlayır.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi artıq xorvat mütəxəssisin yerinə məşqçi axtarışlarına başlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Bildirilir ki,  “Qalatasaray”ın prezidenti Dursun Özbekin əvvəllər də komandanı çalışdırmış Mirça Luçeskuyla danışıqlar apardığı qeyd edilib. “Cim-bom”un baş məşqçi postuna digər iki namizəd isə hazırda işsiz olan Tomas Tuxel və Tomas Şaafdı.

Xatırladaq ki, Avropa Liqasındakı təmsilçimiz “İnter” ilk matçda 1:0 hesabıyla məğlub etdiyi “Fola”nı (Lüksemburq) keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində “Ostersun” - “Qalatasaray” cütünün qalibiylə qarşılaşacaq.


Xəbər xətti