Üç legioner "Kəpəz"ə qoşuldu

14:34 17 İyul 2017

Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub.

 

Sportarena.az xəbər verir ki, Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

 

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidi.

 

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib. 


Xəbər xətti