Zaur Axundovdan "İnter"in futbolçularına: "Mərhələni keçin, 1 milyon sizin olsun"

15:52 17 İyul 2017

Heç də yaxşı günlər yaşamayan "İnter" düşdüyü vəziyyətə rəğmən avrokuboklarda uğurlu çıxış edir.

 

Sportarena.az Sportinfo.az-a istinadən xəbər verir ki, komandanın bu çıxışı klub rəhbərliyinin diqqətindən yayınmayıb. Belə ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundov futbolçulara II təsnifat mərhələsini keçəcəkləri təqdirdə 1 milyon manat mükafat vəd verib. O, həmin pulu UEFA-dan gələcək vəsait hesabına ödəyəcəklərini bildirib.

 

Qeyd edək ki, "İnter" III təsnifat mərhələsinə vəsiqə qazanarsa, təqribən 1,5 milyon manat mükafat əldə edəcək.

 

Əlavə edək ki, II təsnifat mərhələsinin ilk görüşündə "İnter" Lüksemburqun "Fola" klubunu doğma divarlar arasında 1:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti