"Neftçi"nin müdafiəçisinə Rusiyadan təklif var - AÇIQLAMA

13:54 19 İyul 2017

"Neftçi"nin müdafiəçisi Giorgi Navalovski paytaxt klubundan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə gürcüstanlı futbolçunun əməkdaşlıq etdiyi menecer Erkin İbrahimov "Facebook" sossial şəbəkəsindəki hesabında məlumat verib. Onun sözlərinə görə, Navalovski Rusiya Premyer Liqasında mübarizə aparan klubların birindən sərfəli təklif alıb:

 

 

"Əməkdaşlıq etdiyim Giorgi Navalovski həqiqətən də "Neftçi"dən ayrıla bilər. Artıq bu barədə bir neçə sayt da yazıb.

 

Mətbuat nümayəndələrindən, azarkeşlərdən xahiş edirəm ki, Navalın mümkün gedişi barədə mənə yox, klub rəhbərliyinə müraciət edəsiniz. Hər halda, futbolçunun mənimlə yox, klub ilə müqaviləsi var.

 

Sadəcə onu qeyd edim ki, futbolçu "Neftçi"də özünü çox xoşbəxt hiss edir. İstər məşqçilər korpusu, istər rəhbərlik Navala böyük dəyər verir. Rusiya Premyer Liqasından gələn təklif maliyyə baxımdan daha sərfəlidi. Futbolçunun 31 yaşı var və çətin ki bundan sonra ona bu cür təklif gələr.

 

Nə qədər ki keçid rəsmiləşməyib, Giorgi "Neftçi"nin futbolçusudu. Getsə belə, ümid edirəm azarkeşlər onun seçimini anlayışla qarşılayar. Hər halda, Naval çıxış etdiyi bütün görüşlərdə meydanda canını qoyaraq, oyunu, xarakteri ilə azarkeşlərin rəğbətini qazanıb".


Digər xəbərlər

Xəbər xətti