AL: 3-cü təsnifat mərhələsinin bütün cütlükləri

11:36 21 İyul 2017

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, növbəti mərhələdə Azərbaycan təmsilçilərindən yalnız "Qəbələ" mübarizə aparacaq. "İnter" və "Zirə"dən fərqli, 2-ci təsnifat mərhələsindən üzüağ çıxan bölgə klubunu qarşıda Yunanıstan "Panatinaikos"u ilə duellər gözləyir.

 

Bütövlükdə, 3-cü təsnifat mərhələsində 58 kollektiv 29 cütlük təşkil edəcək. Növbəti mərhələnin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də baş tutacaq.

 

Avropa Liqası: 3-cü təsnifat mərhələsi

PSV (Hollandiya) - Osiyek (Xorvatiya)
Trakay (Litva) - Şkendiya (Makedoniya)
Krasnodar (Rusiya) - Lyunqbyu (Danimarka)
Şturm Qraz (Avstriya) - Fənərbaxça (Türkiyə)
Panatinaikos (Yunanıstan) - Qəbələ (Azərbaycan)
Mlada Boleslav (Çexiya) - Şkenderbeu (Albaniya)
Austriya (Avstriya) - AEL Limassol (Kipr)
Dinamo (Zaqreb, Xorvatiya) - Odd (Norveç)
Dinamo (Buxarest, Rumıniya) - Atletik (İspaniya)
Olimpik (Donetsk, Ukrayna) - PAOK (Yunanıstan)
Arka (Polşa) - Midtyulland (Danimarka)
Ostersun (İsveç) - Fola (Lüksemburq)
Bordo (Fransa) - Videoton (Macarıstan)
Makkabi (Təl-Əviv, İsrail) - Panionios (Yunanıstan)
Utrext (Hollandiya) - Lex (Polşa)
Universitatya (Krayova, Rumıniya) - Milan (İtaliya)
Bröndbü (Danimarka) - Hayduk (Xorvatiya)
Gent (Belçika) - Altax (Avstriya)
Astra (Rumıniya) - Aleksandriya (Ukrayna)
Everton (İngiltərə) - Rujomberok (Slovakiya)
Aberdin (Şotlandiya) - Apollon (Kipr)
Srvena Zvezda (Serbiya) - Sparta (Çexiya)
Botev (Bolqarıstan) - Maritimo (Portuqaliya)
Zenit (Rusiya) - Bney Yehuda (İsrail)
Olimpik (Marsel, Fransa) - Ostende (Belçika)
Frayburq (Almaniya) - Domjale (Sloveniya)
AEK (Kipr) - Dinamo (Minsk, Belarus)
AİK (İsveç) - Braqa (Portuqaliya)
Suduva (Litva) - Sion (İsveçrə)


Xəbər xətti