Afrika Millətlər Kuboku ilə bağlı inqilabi dəyişiklər

15:40 21 İyul 2017

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun formatında dəyişikliklər edib.

 

Sportarena.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda təşkil edilən iclasda 2019-cu ildən etibarən turnirin iyun-iyul aylarında keçirilməsi qərara alınıb. Bundan əlavə, iştirakçıların sayı da 16-dan 24-ə yüksəldilib.

 

Xatırladaq ki, daha öncə Afrika Millətlər Kuboku Avropada mövsümün gərgin vaxtı olan yanvar-fevral aylarında keçirilirdi ki, bu da, futbolçuları Afrika millilərinin şərəfini qoruyan köhnə qitənin bir çox klublarının narazılığına səbəb olurdu.


Digər xəbərlər

Xəbər xətti