"Neftçi" "Zirə"yə qalib gəldi

10:18 22 İyul 2017

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda "Zirə” ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Tərzin Cahangirov vurub.

 

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində sonuncu yoxlama oyununu iyulun 22-də əvəzedici komandasına qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti