"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

10:41 22 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışına dünəndən start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk gündə təxminən 5 min bilet artıq satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

 

Əlavə edək ki, "Qarabağ" - “Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti