Kaxaber Tsxadadze "Kayrat"dan ayrıldı

11:04 22 İyul 2017

Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kaxaber Tsxadadze istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Skenderbeu" klubu ilə mübarizədən məğlub ayrılan (0:2, ilk oyun 1:1) komandanın bu uğursuzluğunun məsuliyyətini gürcüstanlı mütəxəssis öz üzərinə götürüb və istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi onun istefasını qəbul edib.

 

48 yaşlı mütəxəssis "Kayrat"ı 2016-cı ildən çalışdırırdı. Tsxadadze 2009-2014-cü illər aralığında Bakı "İnter"ində də baş məşqçi işləyib. 2015-2016-cı illər aralığında isə o, Gürcüstan yığmasını çalışdırıb.


Xəbər xətti