"Kəpəz"in Bakı toplanışı bitdi

18:25 22 İyul 2017

Kəpəz”in əvəzedici heyəti yeni mövsüm öncəsi hazırlığın Bakı hissəsini başa vurub.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər” dünən paytaxtı tərk edərək Gəncə dönüb. “Dalğa Arena”da təlim-məşq toplanışı keçmiş komandanın üzvlərinə 3 günlük istirahət verilib. Əvəzedicilər hazırlığın növbəti hissəsini Nizami yurdunda keçirəcək.

 

Xatıladaq ki, iyul ayının 13-dən 22-nə kimi Bakıda olduğu müddətdə komanda 3 yoxlama oyununa çıxıb. Gəncəlilər “Qarabağ” (0:0), “Qəbələ” (0:3) və “Zirə” (1:2) klublarının əvəzedici heyətləri ilə qarşılaşıblar. 


Digər xəbərlər

Xəbər xətti