"Qarabağ"ın rəqibi xal itirdi

14:06 23 İyul 2017

Futbol üzrə Moldova çempionatında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Zimbru" ilə qarşılaşıb.

 

Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Azərbaycan çempionunun rəqibi iki dəfə hesabda önə keçsə də, rəqib cavab qollarını gecikdirməyib. "Şerif"in qollarını 13-cü dəqiqədə Vitalie Damaşkan, 36-cı dəqiqədə isə Siril Bayala vurub.

3 turdan sonra "Qarabağ"ın rəqibi 5 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti