Pavel izləyici qismində

14:52 23 İyul 2017

Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Futbolçumuzun bir neçə gün öncə müqavilə bağladığı bu komanda səfərdə "Veres"lə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb.

 

Paşayev bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

"Aleksandriya" 2 turdan sonra cəmi 1 xal toplayıb və 12 iştirakçı arasında 9-cu pillədə otrub.


Digər xəbərlər

Xəbər xətti