"Qəbələ"nin oyunu ispanlara tapşırıldı

11:23 24 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Panatinaikos” - “Qəbələ” oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ”nin Yunanıstan klubu ilə Afinadakı qarşılaşması İspaniyadan olan hakimlərə tapşırılıb. Oyunun baş hakimi Xuan Martines Munuera olacaq.

 

Avropa Liqası: 3-cü təsnifat mərhələsi, ilk oyun

27 iyul
22:30 Panatinaikos - Qəbələ
Hakimlər: Xuan Martines Munuera, Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font, Mario Malero Lopes (hamısı İspaniya)
Hakim-inspektor: Lesli Ayrvin (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Yanis Mejeçkis (Litva)


Digər xəbərlər

Xəbər xətti