"Qarabağ"ın sabiq hücumçusu "Palermo"da

14:30 24 İyul 2017

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliya B seriyasında çıxış edən "Palermo"da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümü Hollandiyanın "Herakles" klubunda keçirən Armenteros "Palermo" ilə 4 illik müqavilə bağlayıb. Bu transfer üçün Hollandiya klubuna 1,5 milyon avro təzminat ödənilib. Onun illik qazancı 400 min avro alacaq.


Qeyd edək ki, 27 yaşlı forvard son mövsümdə Hollandiya çempionatında 19 qol vurub.

 

Əlavə edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən Samuel 23 oyuna 7 qol vurmuşdu.


Digər xəbərlər

Xəbər xətti