"Səbail" uduzdu

11:27 25 İyul 2017

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Samir Əliyevin yetirmələri Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşıb. 

 

"Green Park Resort Kartepe" hotelinin meydançasında baş tutan görüş Premyer Liqamızın debütantı üçün uğursuz alınıb. Belə ki, "Səbail" meydandan 1:4 hesablı məğlubiyyətlə ayrılıb. İlk yarını 1:2 hesabıyla məğlub başa vuran "aslanlar" fasilədən sonra daha iki qola üzülüblər. "Səbail"in yeganə qolunu Nurlan Novruzov vurub.


Digər xəbərlər

Xəbər xətti