"Mançester Siti"dən növbəti transfer - Rekord qiymətə

11:44 25 İyul 2017

Fransa çempionu "Monako"nun futbolçusu Benjamen Mendinin İngiltərənin "Mançester Siti" klubuna transferi yeni rekordla əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı oyunçunun bu keçidi tarixdə ən bahalı müdafiəçi transferinə çevrilib. İngilislər fransız oyunçuya görə "Monako"ya 49,4 milyon funt-sterlinq (58 milyon avro) ödəyiblər.

 

Qeyd edək ki, bundan əvvəlki rekord da "Mançester Siti"yə məxsus idi. Bu klubun ötən il "Everton"dan aldığı Con Stounz 47,26 milyon funt-sterlinqə başa gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti