İdmançımız erməniyə qalib gəldi

12:53 25 İyul 2017

Gürcüstanın Batumi şəhərində idmanın kikboksinq növü üzrə yeniyetmələrin Dünya Kuboku yarışı keçirilib.

 

Sportarena.az xəbər verir ki, dünya miqyaslı yarışda Azərbaycan da təmsil olunub. Batumidə 32 kq çəki dərəcəsində mübarizə aparan 11 yaşlı idmançımız Ədalət Əliyevin çıxışı ikiqat bayramla əlamətdar olub. Belə ki, yeniyetmə idmançımız olan Əliyev turnirin qızıl medalını həlledici görüşdə erməni idmançısına qalib gəlməklə əldə edib. Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Ədalət həm də mənfur qonşumuzun təmsilçisinə yerini göstərib və üçrəngli bayrağımızı dalğalandırıb.

 

Qazandığı nəticəyə görə məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verdi.

 


Digər xəbərlər

Xəbər xətti