"Panatinaikos"un prezidenti: Azarkeşlər Azərbaycanda maraqlı oyun izləyəcəklər

14:33 28 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qəbələ”ni məğlub edən (1:0) “Panatinaikos”un prezidenti Manos Mavrokukulakis matçdan sonra yerli mətbuata açıqlama verib. 

 

Sportarena.az xəbər verir ki, klub prezidenti komandanın oyunundan razı qaldığını deyib:

 

“Yaxşı futbol nümayiş etdirdik. Bəzi futbolçularımızın hələ tam hazır olmadığını da nəzərə almaq lazımdı. Buna baxmayaraq, komandamızın “Qəbələ”yə qarşı göstərdiyi oyunu bəyəndim. Yeni mövsümdə özümüzə uğur arzulayıram. Qazandığımız qələbələr, nailiyyətlərlə azarkeşlərimizi sevindirəcəyik. Azarkeşlər Azərbaycanda maraqlı oyun izləyəcəklər. Növbəti mərhələyə vəsiqəni Bakıda reallaşdırmaq bizim üçün əla olar”.

 

Xatırladaq ki, “Panatinaikos”la “Qəbələ” arasında cavab oyunu avqustun 3-də 8-ci km stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti