"Neftçi" xorvatiyalı futbolçu ilə anlaşdı RƏSMİ

15:57 28 İyul 2017

“Neftçi” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” xorvatiyalı müdafiəçi Mateo Mujeki heyətinə cəlb edib. 22 yaşlı futbolçuyla 2 illik müqavilə bağlanıb.

 

Sol cinah müdafiəçisi olan Mujek, müdafiənin mərkəzində də oynaya bilir. O, Xorvatiyanın U-19, U-20 və U-21 millilərində çıxış edib. Karyerası ərzində Xorvatiyanın “Luçko”, “Draqovolyak”, “HNK Qoritsa”, Sloveniyanın “Zavrç” komandalarında top qovmuş futbolçunun son klubu “Rudar” (Sloveniya) olub.


Digər xəbərlər

Xəbər xətti