Sportarena.az
25 Noyabr 2017

Firdovsi Umudovdan güləşçilərin etirazına sərt REAKSİYA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən güləşçilərin federasiya qarşısında maaşlarını ala bilməmələri və maddi çətinlikləri ilə bağlı çıxışlarına baş məşqçi Firdovsi Umudov reaksiya verib.

 

Sportarena.az xəbər verir ki, Umudov qeyd edib ki, idmançıların aksiyası onlar tərəfindən narahatlıqla qarşılanıb:

 

“Belə bir hadisənin baş verməsinə təəssüf edirəm, çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldır. Üstəlik, əgər söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə. Məlum məsələ idi ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və Vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaqdı. Belə də oldu - artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmançılıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmançılıq isə fayda verməz.

 

Dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub – bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir. Bütün bu uğurlarda isə federasiya prezidenti Fazil Məmmədov və 1-ci vitse-prezident, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. Üstəlik London və Rio Olimpiya Oyunları, "Bakı-2015" ilk Avropa Oyunları və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib. Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı öncəsi belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur”.

 

Baş məşqçi deyib ki, bu etirazlar çıxış yolu deyil:

 

“Çıxış yolu ortaya çıxan problemlərin birlikdə həll olunmasına çalışmaqdır. Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın, amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqqında fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemlər öz həllini tapacaq". (Qafqazinfo)

Tarix
29.07.17 [13:17]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Noyabr
24 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio