"Qəbələ" - "Panatinaikos" oyununun biletləri satışda

14:21 31 İyul 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - “Panatinaikos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci km stadionunun kassalarından almaq olar.

 

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Avqustun 3-də, 8-ci km stadionunda keçiriləcək “Qəbələ” - “Panatinaikos” matçı saat 21:00-da başlayacaq. Bu komandalar arasında Afinada baş tutmuş ilk oyun yunanların minimal hesablı qələbəsiylə nəticələnib. 


Xəbər xətti