"Qalatasaray" Fellaynini transfer edir - RƏSMİ AÇIQLAMA

16:17 31 İyul 2017

“Mançester Yunayted”in futbolçusu Maruan Fellayni karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Fellayni ilə “Qalatasaray” maraqlanır. İstanbul nəhəngi belçikalı futbolçu ilə ilkin razılıq əldə edib. “Qalatasaray”ın idman direktoru Cenk Ergün də Fellayni ilə danışıqlar apardıqlarını təsdiqləyib:

 

“Sürpriz gözləyin. Fellayni ilə danışıq aparırıq. Artıq təklif etmişik və demək olar ki, razılığa gəlmişik. Bizə Fellayni kimi futbolçu lazımdı”.

 

Fellayninin MY ilə müqaviləsi gələn il başa çatır. O, “qırmızı şeytanlar”dan yeni təklif almayıb.


Digər xəbərlər

Xəbər xətti