"Qəbələ" məşq etməyə meydança tapa bilmir?

18:55 31 İyul 2017

"Qəbələ" Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə cavab matçına hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komanda "Neftçi"nin Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına bazasında hazırlıq keçir. Ötən gün məhz sözügedən arenada məşqə çıxan bölgə təmsilçisi bu gün eyni məkana üz tutacaq. Komandanın sabah və oyundan bir gün öncə harada məşq edəcəyinə isə hələ də aydınlıq gəlməyib. Məsələ burasındadı ki, qəbələlilər hazırda normal vəziyyətdə olan meydança tapa bilmirlər.

 

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasındakı cavab qarşılaşması avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyunda yunanların qələbəsi qeydə alınıb - 1:0.


Digər xəbərlər

Xəbər xətti