"Barselona" PSJ-ə "müharibə" elan etdi

16:21 1 Avqust 2017

“Barselona” Avropanın top-klublarına müraciət edib.

 

Sportarena.az xəbər verir ki, “Barsa” PSJ-nin transfer siyasətinin müasir futbol üçün ciddi təhdid olduğu qənaətindədi. Klub rəhbərliyi artıq “Yuventus” və “Bavariya” ilə əlaqə saxlayıb. İtaliya və Almaniya nəhəngləri “Barsa”nın təklifini qəbul ediblər.

 

PSJ-nin “Barselona”nın futbolçusu Neymara görə 222 milyon avro ödəmək istəməsi futbol dünyasında böyük rezonans doğurub.

 

“Barselona” bu məbləğ ödəniləcəyi təqdirdə, Neymarı buraxmaq məcburiyyətindədi. Klub rəhbərliyi bununla bağlı UEFA-ya da şikayət etmək niyyətindədi.


Digər xəbərlər

Xəbər xətti