Burak Yılmaz “Trabzonspor”da?

16:35 2 Avqust 2017

Türkiyə millisinin və Çinin “Beiyinq Quoan” klubunun hücumçusu Burak Yılmaz karyerasını vətənində davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı forvard “Trabzonspor”la anlaşıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Burakın Qaradəniz təmsilçisiylə 3 illik müqavilə bağladığı qeyd edilib.

 

Xatırladaq ki, Burak daha əvvəl - 2010-2012-ci illər aralığında da “Trabzonspor”un şərəfini qorumuşdu. Hücumçu “bordo-mavilər”in heyətində meydana çıxdığı 75 oyunda 55 qola imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti