Premyer Liqanın ən çox oyun keçirən futbolçuları - SİYAHI

16:50 3 Avqust 2017

Avqustun 11-də Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.
 
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı 26-cı ölkə çempionatının startı ərəfəsində yarışın 25 illik tarixinin “qvardiyaçı”larını təqdim edir. 
 
1992-ci ildən keçirilən çempionatların tarixində ən çox oyun keçirən futbolçuların siyahısına Mahmud Qurbanov başçılıq edir. 11 qat Azərbaycan çempionu ölkə çempionatında 400-dən artıq oyun keçirən yeganə futbolçudu. Onun hesabında 421 qarşılaşma var. Hesabında 388 oyun olan Azər Məmmədov 2-ci yerdə qərarlaşıb. O, Premyer Liqada oynamış eyni ad-soyada malik digər iki Azər Məmmədovdan fərqli daha zəngin karyeraya malikdi.  İlk “üçlüy”ü Aslan Kərimov qapayır ki, onun hesabında 382 matç var. 
 
Ümumiyyətlə isə nəticəsi ləğv olunan və yarımçıq qalan oyunlar nəzərə alınmamaqla, 300-dən artıq matç keçirən 16 futbolçu var. Azər Məmmədov kimi Aqil Məmmədov və Kənan Kərimov da eyni ad-soyadda olan bir neçə oyunçudan biridir. 300-ü keçənlərdən yalnız üçü - Rahid Əmirquliyev, Elnur Abdullayev və Vüqar Nadirov karyerasını Premyer Liqa klubunda davam etdirir və göstəricisini yaxşılaşdırmaq imkanına malikdi.
 

Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirənlər:

yer

Futbolçu

Oyun

1.

Mahmud Qurbanov

421

2.

Azər Məmmədov

388

3.

Aslan Kərimov

382

4.

Rəşad Abdullayev

378

5.

Rəşad Sadiqov

366

6.

Aqil Məmmədov

363

7.

İsmayıl Məmmədov

351

8.

Rahid Əmirquliyev

333

9.

Kənan Kərimov

327

10.

Nadir Nəbiyev

316

11.

Elnur Abdullayev

315

12.

Mübariz Orucov

311

13.

Vüqar Nadirov

307

14.

Müşfiq Hüseynov

305

15.

Ədəhim Niftəliyev

303

16.

Kamal Quliyev

302

 


Digər xəbərlər

Xəbər xətti