“Qarabağ”ın futbolçusundan “Legiya” azarkeşlərinə dəstək - FOTO

17:18 3 Avqust 2017

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak sabiq klubu “Legiya” azarkeşlərinin aksiyasına dəstək olub.

 

Sportarena.az xəbər verir ki, polşalı futbolçu klubun azarkeşlərinin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Astana” ilə cavab oyununda açdıqları pankartın şəklini şəxsi “instaqram” səhifəsində paylaşıb.

 

Polşa təmsilçisinin azarkeşləri oyundan öncə 1944-cü ildə faşistlər tərəfindən qətlə yetirilmiş insanları yad ediblər. Onlar “Varşava üsyanı zamanı almanlar 160 minədək insan öldürdü ki, onlardan da minlərləsi uşaq idi” yazılmış pankart açıblar. Bundan əlavə, azarkeşlər üzərində uşağın başına tapança dirəmiş faşist zabitinin əks olunduğu nəhəng poster də nümayiş etdiriblər.

 

Xatırladaq ki, Jezniçak 2004-2017-ci illər aralığında “Legiya”nın şərəfini qoruyub.

 


Xəbər xətti