"Yunanıstandakı oyundan sonra bilirdik ki..." - Fariz Nəcəfov - AÇIQLAMA

10:52 4 Avqust 2017

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə cavab oyunundan (1:2, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi jurnalistlərə açıqlamasında bunları söyləyib:

 

"Bundan sonra çempionata hazırlaşacağıq. Gücümüz bura qədər yetdi. Yeni gələn futbolçuların komandaya uyğunlaşmaları üçün yetərli zamanın olmaması mənfi təsirini göstərdi. Yunanıstandakı oyundan sonra bilirdik ki, Bakıda çətin olacaq. 10-15 dəqiqə oynaya bildik. Qalan vaxtda rəqib bizdən üstün idi. Əlbəttə, məğlubiyyətdə heyətin yenilənməsinin də rolu var. Bundan sonra fikrimizi Premyer Liqaya yönəldəcəyik və çempion olmaq üçün əlimizdən gələni edəcəyik".


Digər xəbərlər

Xəbər xətti