"Neftçi” haqqında təəssüratım yaxşıdı" - Mateo Mujek - AÇIQLAMA + VİDEO

12:06 4 Avqust 2017

“Neftçi”nin yeni transferi Mateo Mujek klubun “youtube” kanalına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı xorvatiyalı müdafiəçi Bakı klubuna transfer olunmamışdan öncə də, bu komanda barədə məlumatının olduğunu deyib:

 

"Təbii ki, "Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər, Zaqrebi təmsil edən "Dinamo” 5-6 il bundan əvvəl Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan "Neftçi”ni tanıyıram. Komanda haqqında təəssüratım yaxşıdı. Texniki cəhətdən çox yüksək bir kollektivimiz var”.

 

“Neftçi”dən öncə Sloveniyanın “Rudar” komandasında çıxış edən Mujek, Azərbaycan Premyer Liqasını daha üstün saydığını bildirib:

 

“Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.


Xəbər xətti