Vidal yenidən A seriyasında?

16:20 5 Avqust 2017

“Bavariya”nın futbolçusu Arturo Vidal karyerasını yenidən İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Vidalın “İnter”ə keçmə ehtimalı var. Yayılan məlumatlarda bildirilir ki, çilili futbolçu “İnter”lə anlaşma əldə edib və müqavilə şərtlərini razılaşdırıb. Vidalın Milan nəhəngi ilə 4 illik müqavilə bağlayacağı gözlənilir. Onun illik məvacibi 7,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Vidal “Bavariya”ya “Yuventus”dan keçib.


Xəbər xətti