Türk futbolçu "İnter"ə keçir?

16:35 6 Avqust 2017

Türkiyə millisinin və Dortmund “Borussiya”sının üzvü Əmrə Mor karyerasını İtaliya A seriyasında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, gənc yarımmüdafiəçi “İnter”lə razılığa gəlib. Bu barədə məlumatı futbolçunun meneceri Muzzi Özcan İtaliya mətbuatına açıqlamasında verib. O, “İnter”lə hərtərəfli razılığa gəldiklərini bildirib. Ancaq hələ də, “neradzurra”dan bu barədə heç bir rəsmi açıqlama edilməyib.

 

Türkiyə mətbuatında “İnter”in Əmrə ilə 5 illik müqavilə bağlayacağı, gənc futbolçunun çərşənbə axşamı tibbi müayinədən keçmək üçün Milana yollanacağı qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti