Kanibolotski: “Qarabağ” Ukrayna çempionatında ilk 3 pillə uğrunda mübarizə apara bilər”

Sportarena.az      7 Avqust 2018, 16:15
“Qarabağ”ın qapıçısı Anton Kanibolotski Ukraynanın "sport.ua" saytına müsahibə verib.
 
Sportarena.az həmin müsahibəni təqdim edir:
 
- “Qarabağ”a transferiniz təəccüblü gəldi. Keçidiniz necə baş verdi?
- Bu çox sadədir: “Qarabağ” təklif göndərən komandalar arasında ən ciddi idi. Azərbaycan klubu mənim xidmətimə real maraq göstərdi. Mən də klub rəhbərliyinin və məşqçilərin bu marağına görə seçimimi etdim.
 
- Ukraynada qalmaq variantınız var idi?
-  Karyeramı Ukraynada davam etdirmək istəmirdim. Sizcə, “Şaxtyor”dan ayrılıb başqa Ukrayna klubuna keçmək nə dərəcədə məntiqə uyğundur? Siz də bilirsiniz ki, sabiq komandamla “Dinamo”da olan şərait Ukraynanın heç bir klubunda yoxdur. Buna görə də başqa Ukrayna klubuna transfer olmağı geriyə addım kimi qiymətləndirirəm.
 
- “Şaxtyor”da əsas qapıçı ola bilmədiniz. Düşünmürsüz ki, bir qədər Donetsk klubunu gec tərk etdiniz?
- Xeyr, mən demərəm ki, burada keçirdiyim illərə görə peşmanam. Müqaviləmə uyğun hərəkət etdim. Üstəlik, komadamda titullar qazandım.
 
- “Qarabağ”a keçidiniz barədə nə söyləyə bilərsiniz?
- Bu, karyeramda yeni səhifədir. Yeni dəyişiklik istədim. Artıq Ukraynada qalmaq istəmirdim. Həyatımda da yeni mərhələ başlayıb. Çünki ilk dəfədir ki, ölkəni tərk etmişəm. 
 
- Ağdam klubuna transferinizi geriyə addım hesab etmək lazımdır, yoxsa irəli?
- Bu suala hələ cavab vermək istəmirəm. Zamanla bu sualın cavabını tapacağıq.
 
- Yeni komandanıza uyğunlaşmaqda çətinlik çəkmirsiniz?
- Xeyr, hər şey yaxşıdır. Komanda yoldaşlarım da məni çox isti qarşıladılar. Daxili problem yoxdu. Deyərdim ki, “Qarabağ” çox ciddi klubdur. Komandamız qarşısına maksimum hədəflər qoyub.
 
- “Qarabağ” Ukrayna Premyer Liqasında çıxış etsəydi, neçənci pilləni tutardı?
- “Şaxtyor”la mübarizə aparması bir qədər çətin olardı. İlk 3 pillə uğrunda mübarizə aparmaq olar. “Dinamo” və “Şaxtyor”dan başqa, digər komandalarla mübarizə aparıb onları məğlub etmək mümkündür.
 
- Çempionları Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq münasibəti ilə sizi təbrik edirik.
- Təşəkkür edirəm.
 
- Amma siz həmin oyunda çıxış etmədiniz...
-  İbrahim Şehiç 2013-cü ildən “Qarabağ”dadır. Bu müddət ərzində 4 dəfə çempion adını qazanıb, 3 dəfə isə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Amma inanıram ki, mənə də etibar edəcəklər, oynayacağam. Əks halda, məni komandaya dəvət etməyin nə mənası var idi?
 
- “Qarabağ”ın hədəfi UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır?
- Avrokuboklarda bacardığımız qədər irəliləmək niyyətindəyik. Təbii ki, ÇL-in qrup mərhələsinə düşməyi çox istərdik. Bu, Avropada çıxış edən hər futbolçu üçün yüksək göstəricidir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin