Daha bir futbolçu "İnter"i tərk etmək istəyir - Təklif var

16:50 7 Avqust 2017

Maliyyə problemiylə üz-üzə qalan "İnter"i Rauf Əliyev kimi, daha bir hücumçu tərk etmək istəyir. 
 
Sportarena.az xəbər verir ki, Pərdis Fərcad-Azad son 3 ayın əməkhaqqısını və Avroliqa oyunlarına görə təyin edilən mükafatı verməyən "ağ-göylər"in yeni müqavilə təklifini cavabsız qoyub. 
 
Sözləşməyə qol çəkməyən Pərdis İsveçin elita təmsilçisi "Eskilstun"dan real təklif alıb. Millimizin forvardı şimallılara "hə" deməsə də, yaxın günlərdə məsələ həllini tapacaq. Pərdis öncə "İnter" rəhbərliyiylə danışacaq, ardından qərarını açıqlayacaq. (Fanat.az)


Digər xəbərlər

Xəbər xətti