Sportarena.az
21 Oktyabr 2017

"Barselona" "Şapekoense"yə 5 qolla qalib gəldi - VİDEO

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" ötən il təyyarə qəzasında faciəvi şəkildə üzvlərinin böyük hissəsi həlak olan "Şapekoense" ilə "Gamper Cup" adlanan yoldaşlıq oyunu turnirində qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmada Kataloniya klubu 5:0 hesabı ilə qalib gəlib. "Barselona"nın stadionu "Nou Kamp"da keçiriləcək matçdan yığılan vəsait Braziliya təmsilçisinin strukturunun formalaşdırılmasına yönəldiləcək.

 

"Gamper Cup" "Barselona" tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniridi. Klubun yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Qamperin şərəfinə təşkil edilən turnir komandanın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə "Barselona"nın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilib. Qalibə 10 kq ağırlığında mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram çəkisi olan gümüş kubok verilir.
 

Ötən il "Sudamerikana Kuboku"nun finalında Kolumbiya təmsilçisi "Atletiko Nasional" ilə oynamaq üçün bu ölkəyə yollanan "Şapekoense"nin təyyarəsi qəzaya uğramış, ümumilikdə 71 nəfər həlak olmuşdu. Komandanın yalnız 3 üzvü Neto, Alan Ruşel və Cekson Follman faciədən sağ qurtula bilmişdilər. Sağ qalan oyunçular da bu gün bu turnir üçün "Nou Kamp" stadionunda olublar. Ruşel qarşılaşmada 36 dəqiqə meydanda olub.

 

Barselona - Şapekoense 5:0

Qollar: Delufeu, 6, Buskets, 11, Messi, 28, Luis Suares, 58, Denis Suares, 74

 

 

Tarix
08.08.17 [11:40]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Oktyabr
20 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio