PFL-dən yenilik - Qayda dəyişikliyi

14:37 8 Avqust 2017

Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümü ərəfəsində daha bir dəyişiklik reallaşdırıb.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası, ölkə kuboku, əvəzedicilərin yarışı və birinci divizion oyunları zamanı klublar əvvəlki kimi 18 deyil, 23 futbolçunun xidmətindən istifadə edə biləcəklər.

 

Bu dəyişiklikdən sonra klublar dünya praktikasında olduğu kimi oyunun protokolunda maksimum 23 futbolçunun adını qeyd etmək və ehtiyat oyunçular skamyasında 12 futbolçu saxlamaq imkanına malik olacaqlar. 


Digər xəbərlər

Xəbər xətti