Arda "Atletiko"ya qayıtmaq istəyir - Amma bir əngəl var

18:15 8 Avqust 2017

Arda Turan “Barselona”dan ayrılmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə Ernesto Valverdenin Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasından sonra çox şans qazanmayacağı gözlənilən Ardanın komandanı tərk etmək istədiyi vurğulanıb. Türkiyəli futbolçunun sabiq komandası “Atletiko”ya qayıtmaq istədiyi deyilir.

 

Ancaq Ardanın FİFA tərəfindən transfer qadağası olan Madrid təmsilçisinə keçəcəyi təqdirdə, yanvara kimi oynamayacaq olması bu keçidi bir qədər sual altına qoyur.

 

Xatırladaq ki, türkiyəli futbolçu son mövsümdə 13-ü əsas heyətdə olmaqla, cəmi 30 oyunda şans qazanıb, 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti