"Qəbələ" Bakıda məşq edir

10:28 9 Avqust 2017

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” bu həftə start götürəcək Topaz Premyer Liqasına Bakıda hazırlaşır. Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən “Qəbələ” “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.

 

1-ci turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.


Xəbər xətti