Premyer Liqa klublarının rekordçuları

12:40 9 Avqust 2017

Bu həftə start götürəcək Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək. Debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var.

 

Sportarena.az PFL-in saytına istinadən 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısını təqdim edir:


Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” - Aslan Kərimov - 268
“İnter” - Vladimir Levin - 205
“Kəpəz” - Azər Məmmədov - 186
“Neftçi” - İqor Getman - 182
“Qəbələ” – Dodo - 131
“Sumqayıt” - Slavik Alxasov - 126
“Zirə” - Viktor İqbekoyi - 56

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” - Müşfiq Hüseynov - 109
“Neftçi” - Samir Ələkbərov - 99
“Kəpəz” - Fazil Pərvərov - 80
“İnter” - Baçana Sxadadze - 31
“Qəbələ” - Viktor Mendi - 29
“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22
“Zirə” - Nelson Bonilla - 14

Qeyd: Klublar rekordçunun göstəricisinin ardıcıllığı üzrə sıralanıb.


Digər xəbərlər

Xəbər xətti