Sportarena.az
21 Oktyabr 2017

Türkiyə kubokunun formatı dəyişdirildi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunun reqlamentində dəyişiklik edib.

 

Sportarena.az xəbər verir ki, ölkənin ali futbol qurumu sözügedən turnirdə tətbiq olunan qrup mərhələsinin oyunlarını ləğv edib. Bundan sonra Türkiyə Kubokunda bütün oyunlar pley-off sistemi ilə keçiriləcək.

 

Qərara görə, ilk 4 təsnifat mərhələsində komandalar qalibi tək oyunla müəyyənləşdirəcəklər. 5-ci təsnifat mərhələsindən etibarən, 1/8, 1/4, yarımfinal və final oyunları isə ev-səfər prinsipi ilə keçiriləcək.

 

Xatırladaq ki, əvvəlki illərdə Türkiyə Kubokunda həm pley-off, həm də qrup oyunlarından istifadə olunurdu. Belə ki, ilk 4 təsnifat mərhələsindən qalib ayrılmış kollektivlər qrup mərhələsində mübarizə aparmaq hüququ qazanırdılar. Qrup mərhələsindən qalib ayrılan 16 kollektiv 1/8 finalda üz-üzə gəlirdi və finala qədər pley-off görüşlərindən istifadə olunurdu. Bu sistemdən 2014-cü ildən istifadə olunurdu.

Tarix
09.08.17 [15:54]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Oktyabr
20 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio