İsko "Real"dakı taleyinə aydınlıq gətirdi - AÇIQLAMA

17:16 9 Avqust 2017

“Real”ın yarımmüdafiəçisi İsko klubla yeni müqavilə bağlayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü İspaniya mətbuatına açıqlamasında məlumat verib. O, klubla hərtərəfli razılığa gəldiklərini, rəsmi müqavilənin yaxın günlərdə açıqlanacağını deyib:

 

“Biz demək olar, tam razılığa gəlmişik, yalnız kiçik detallar qalıb. Yaxın günlərdə yeni müqavilə rəsmən açıqlanacaq”.

 

İsko “Real”a 2013-cü ildə, “Malaqa”dan transfer olunub. 25 yaşlı futbolçunun “kral klubu”yla hazırkı müqaviləsi gələn ilin yayında bitəcək.


Digər xəbərlər

Xəbər xətti